Yarışların daha 4 qalibi müəyyənləşdi

Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində son yarış günü davam edir. Xatırladaq ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.
Gün ikinci qrupunda yaşı 15 və 17-yə qədər olan yeniyetmə oğlanlar 77 və 85 kq çəki dərəcəsindəki medal mübarizəsi aparıblar.
Yaşı 15-ə qədər olan yeniyetmələrin 77 kq çəki dərəcəsində qızıl medalı şərurlu atlet Tarmenxan Babayev əldə edib. O, toplam 266 kq (121+145) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu çəkidə yaşı 17-yə qədər olan yeniyetmələrin mübarizəsində isə Əlimərdan Alxasov toplam 253 kq (113+140) nəticə ilə qalib adını qazanıb.
Yaşı 15-ə qədər olan yeniyetmələrin 85 kq çəki dərəcəsində qızıl medalı qazaxlı atlet Nəsib Yusibov əldə edib. O, toplam 95 kq (40+55) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu çəkidə yaşı 17-yə qədər olan yeniyetmələrin mübarizəsində isə Şükürlü Mayıl toplam 260 kq (117+143) nəticə ilə qalib adını qazanıb.
Bütün qalib və mükafatçıların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

77 və 85 kq. Oğlanlar. 15 və 17 yaş.

77 kq. 15 yaşlılar.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Babayev Tarmenxan 2002 Şərur Təhsil 76.8 121 145 266
2. Quliyev Əli 2003 Goranboy GİN 70.3 70 90 160
3. Rəfiyev Elvin 2002 Qazax GİN 70.8 65 80 145

 

77 kq. 17 yaşlılar.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Alxasov Əlimərdan 2001 Lerik Zirvə 73.3 113 140 253
2. Həsənov Səbuhi 2000 Bakı Neftçi 72.4 90 110 200
3. Qardaşzadə Yusif 2000 Xırdalan Zirvə 69.1 80 91 171
4. Abdullayev Eltun 2001 Qazax GİN 72.9 75 80 155
5. Kərimov Saleh 2001 Lənkəran Təhsil 69.6 60 75 135

 

85 kq. 15 yaşlılar.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Yusibov Nəsib 2002 Qazax GİN 77.3 40 55 95
2. Otaraşvili Mose 2003 Qax GİN 79.3 41 48 89

 

85 kq. 17 yaşlılar.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Şükürlü Mayıl 2001 Bakı Təhsil 77.3 117 143 260
2. Məmmədov Həsən 2001 Goranboy Zirvə 82.0 83 103 186
3. Ağakişiyev Amil 2000 Sumqayıt Təhsil 77.4 55 75 130

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz