Prezident

Kamran Nəbizadə – Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti

Kamran Nəbizadə – 5 fevral 1971-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib. 1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 1993-cü ildən 1998-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb. 1998-ci ildən 2003-cü ilə qədər “Lukoil Marine İnternational” şirkətinin vitse-prezidenti olub. 2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasını bitirib. 2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb. 2006-cı ildən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 01 noyabr 2015-ci il tarixində Qazax rayonu 107 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilib.

2023-cü il sentyabr ayının 28-də Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti seçilib.