ADAMS

 

ADAMS (Antidopinq İnzibatçılıq və İdarəetmə Sistemi – Anti-Doping Administration & Management System) ÜADA-nın veb-əsaslı təhlükəsiz antidopinq məlumat bazası idarəetmə sistemidir. ADAMS, xüsusi olaraq, laboratoriya nəticələrini, Terapevtik İstifadəyə İcazələri və Antidopinq Qayda Pozuntuları ilə bağlı məlumatı saxlayır. Bu məlumat bazası müvafiq təşkilatlar arasında məlumat paylaşmasını asanlaşdırır və effektivlik, təsirlilik və şəffaflığı təşviq etmək məqsədini daşıyır.

Beynəlxalq Federasiyaların və Milli Antidopinq Təşkilatlarının əksəriyyəti ADAMS-dan idmançıların Məkan məlumatı, Tİİ-lər və test nəticələri üçün mərkəzi məlumat bazasından istifadə edirlər. ADAMS sizin həyatınızı asanlaşdırmaq üçün yaradılmışdır.

Link:

ADAMS