İdmançının Məkan Məlumatı

Veb-əsaslı funksionallıq idmançılara dünyanın istənilən yerindən öz məkanları barədə məlumatı daxil etməyə imkan verir.

Komanda idmanlarında məkan məlumatı komandanın rəsmiləri tərəfindən komanda fəaliyyətinin bir hissəsi kimi kütləvi şəkildə daxil edilə bilər.

ADAMS bundan sonra idmançıya məlumat verir ki, komanda rəsmisi yeni məlumat daxil etmişdir və idmançıdan komanda rəsmisi tərəfindən daxil edilmiş məlumatı təsdiqləməyi yaxud rədd etməyi xahiş edir.

ADAMS idmançılara hansı təşkilatların onlar barəsində məlumat əldə etmək hüququna malik olması barədə açıq şəkildə məlumat verir. İdmançının ADAMS-dakı – idmançı tərəfindən görünən – profili bu məlumatı bəyan edən Təhlükəsizlik tab-vərəqini daxil edir. İdmançılar istifadə imkanının hər hansı dəyişkiliyi barədə məlumatlandırılırlar.

Müstəsna hallarda, idmançılar yaxud üçüncü tərəf qısa müddətdə İnternetdən istifadə imkanından məhrum olanda, məkan məlumatları telefon yaxud SMS vasitəsilə yenilənə bilər.

İDMANÇININ MƏKAN MƏLUMATI