Dərmanlar

Həmişə öz terapevtinizə/məsləhətçi-həkiminizə xatırladın ki, siz dopinq testi keçirilməsinə seçilə bilərsiniz.

Bütün idmançılar bütün reseptli və resptsiz satılan dərmanların statusunu yoxlamalıdırlar.

Dərmanı www.wada-ama.org saytında Qadağan edilmiş Maddələr və Üsullar siyahısı bölməsində yerləşdirilən ÜADA Qadağan edilmiş Maddələr və Üsulların siyahısında olub-olmamasını yoxlayın yaxud Qadağan edilmiş Maddələr və Üsullar siyahısını iPhone-da iTunes-dən yükləyin

Dərmanınızı yoxlayanda dərmanın statusu sizdən Terapevtik İstifadəyə İcazə (Tİİ) üçün müraciət etməyi tələb edirsə, siz əlavə məsləhət üçün Terapevtik İstifadəyə İcazə bölməsinə müraciət etməlisiniz.