Ustad ağır atletlərin mübarizəsində Vladimir Jilyayev qalib gəldi

Martın 3-də Şüvəlandakı Ağır Atletika Akademiyasının yarış zalında ustad (veteran) ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib. Təcrübəli ağırlıqqaldıranların yarışı böyük maraqla izlənib.

Qaliblər Sinkleyr və Manone-Meltzer cədvəllərinə əsasən müəyyən edilib.

Qızıl medalı toplam 200 kq (90+110) nəticə və 421,05 xalla 69 yaşlı Vladimir Jilyayev qazanıb.

Gümüş medalı toplam 277 kq (126+151) nəticə və 363.25 xalla Namiq Cəmilov, bürünc medalı isə toplam 160 kq (75+85) nəticə və 356.98 xalla Akif Alıyev əldə edib.

Kişilər. Ustadlar.

N Adı İl Şəhər Sifariş Birdən Təkanla Toplam Xal
1. Jilyayev Vladimir 1948 Abşeron 94.30 90 110 200 421.05
2. Cəmilov Namiq 1982 Gəncə 80.00 126 151 277 363.25
3. Alıyev Akif 1959 Bakı 80.00 75 85 160 356.98
4. Quliyev Səddar 1950 Sumqayıt 80.60 70 92 162 339.37
5. Tağıyev Zəfər 1973 Samux 74.80 100 125 225 337.54
6. Zeynalov Nizami 1973 Gəncə 59.70 90 101 191 328.59
7. Əkbərov Emin 1973 Sumqayıt 82.10 90 100 190 271.39
8. Məmmədov İltifat 1965 Bakı 90.80 80 100 180 263.64
9. Nəsrullayev Murad 1976 Lənkəran 80.90 80 110 190 262.54
10. Əliquliyev Teymur 1968 Lənkəran 91.80 75 106 181 256.18
11. Nəbiyev İdris 1968 Bakı 100.0 80 105 185 254.98
12. Həsənov Məlikməhəmməd 1960 Sumqayıt 85.40 60 75 135 226.61

 

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz