Rzazadə Ruslan kişilərin yarışında ilk qızılı qazandı

2-3 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriəcək. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayacaq.

Bu gün kişilərdən ilk olaraq çəkisi 56 kq-a qədər olan atletlər körpücük üzərinə çıxıblar. Qızıl medala toplam 225 kq (98+117) nəticə göstərən Ruslan Rzazadə sahib çıxıbı. Lənkəranlı atlet rəqiblərini xeyli qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

Gümüş medalı toplam 209 kq (99+110) nəticə göstərən lerikli Emin Mirzəyev, bürüncü isə toplam 195 kq (88+107) nəticə ilə lənkəranlı atlet Rüstəm Qasımov boynundan asıb.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Kişilər. 56 kq.

 

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Rzazadə Ruslan 1999 Lənkəran Zirvə 55.30 98 117 225
2. Mirzəyev Emin 1997 Lerik Zirvə 55.60 99 110 209
3. Qasımov Rüstəm 2002 Lənkəran Təhsil 55.70 88 107 195
4. Heydərov Cavid 2002 Neftçala Zirvə 55.80 82 98 180
5. Əskərzadə Samir 2002 Neftçala Zirvə 55.40 80 97 177
6. Alxasov Saleh 2001 Lerik Zirvə 51.10 75 93 168

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz