Page 95

Allahyar Abışov gümüş medalçıdır!

2-8 sentyabr 2016-cı il tarixlərində İordaniyanın paytaxtı Amman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı keçiriləcək. Yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri ilə də çıxış edirlər. İkinci yarış günündə iki kişi atletimiz mübarizə qoşulub. Allahyar Abışov və Məhəmməd Məmmədli 62 kq çəki dərəcəsində yarışıblar.

“İsmayıllı-Zirvə” atleti, yeniyetmeler arasında Avropa birinciliyinin qalibi Məhəmməd Məmmədli birdən qaldırma hərəkətində 110 kq, təkanla qaldırma hərəkətində isə 135 kq çəkinin öhdəsindən gəlib. O, toplam 245 kq (110+135) nəticə göstərərək yekun sıralamada 6-cı yeri tutub.

Eyni çəkidə “Bakı-Təhsil İdman Mərkəzi”nin yetirməsi, Avropa birinciliyinin mükafatçısı Allahyar Abışov da körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində 118 kq, təkanla qaldırma hərəkətində 144 kq-ı ram edib.

Abışov toplam 262 kq (118+144) nəticə göstərib və bununla fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Gümüş medal qazanması münasibətilə Allahyarı, onun məşqçiləri və qəbələsində əməyi keçən hər kəsi təbrik edir, böyük uğurlar arzulayırıq!

14194257_950173788425932_1780751151_n 14218081_950177208425590_377808661_n 14218154_950176841758960_1164949049_n 14218196_950174885092489_1316295044_n 14218466_950176745092303_1963404557_n 14248914_950176108425700_1075122275_n 14249016_950177235092254_767508233_n 14249359_950176815092296_1140018712_n 14256779_950174091759235_2096780842_n 14269352_950177265092251_821385643_n 14269621_950175638425747_2066226638_n 14269837_950177141758930_2108762773_n

Milli komandamız ilk yarış günündə iki medal qazandı

manset1

2-8 sentyabr 2016-cı il tarixlərində İordaniyanın paytaxtı Amman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı keçiriləcək. Yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri ilə də çıxış edirlər. İlk yarış günündə 4 qadın atletimiz mübarizə qoşulub. İlk olaraq Mərziyyə Məhərəmova 48 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

Atlet birdən qaldırma hərəkətində 66 kq çəkinin öhdəsindən gəlib və türkiyəli rəqibi, Aropa çempionu Şaziye Erdoğandan sonra ikinci olub. Əvəzində Məhərrəmova təkanla qaldırma hərəkətində 82 kq nəticə edib və rəqibini məhz 2 kq üstələyib, bu hərəkətdə qalib olub. Atletimiz toplam 148 kq (66+82) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 63 kq çəki dərəcəsində Elnarə Abbasova körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində 75 kq, təkanla qaldırma hərəkətində isə 99 kq-ı ram edib. Toplam 174 kq (75+99) nticə göstərən atletimiz bu çəkidə 5-ci yeri tutub.

Bu çəkidə daha bir atlet – Firuzə İbrahimli yarışıb. O, birdən qaldırma hərəkətində 70 kq, təkanla qaldırma hərəkətində isə 90 kq-ı ram edib. Toplam 160 kq (70+90) nəticə göstərən atletimiz bu çəkidə 11-ci yeri tutub və karyerasında ilk dəfə idman ustası normasını doldurub. Son olaraq 69 kq çəki dərəcəsində Anastasiya İbrahimli mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 90 kq, təkanla qaldırma hərəkətində 118 kq-ı ram edib. İbrahimli hər iki hərəkətdə 2-ci yeri tutub. Anastasiya toplam 208 kq (90+118) nəticə göstərərək yekun sıralamada gümüş medala sahib çıxıb. Fəxri kürsünün ikinci pilləsində yer alan İbrahimli, millimizin bayrağını qaldırıb. Beləliklə, Azərbaycan milli komandası günü iki – bir qızıl və bir gümüş medalla başa vurub. Qalibləri, onların məşqçiləri və uğurda əməyi keçən hər kəsi təbrik edirik!

14080871_10210751628730774_776938453_n1

14159165_10210751628490768_361415132_n1

14218026_10210751629530794_1110923832_n1

14248999_10210751628810776_1646813924_n1

14249000_10210751628290763_542961493_n1

14249069_10210751628610771_1455046538_n1

14256536_10210751628770775_439224832_n1

14256621_10210751629450792_1585249970_n1

14256706_10210751628450767_110408257_n1

14269359_10210751628930779_1248255670_n1

Millimiz İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatında iştirak edəcək

issf1

2-8 sentyabr 2016-cı il tarixlərində İordaniyanın paytaxtı Amman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatıkeçiriləcək. Yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər. Millimizin heyəti aşağıdakı kimidir:

<strong>Kişilər:</strong> Alıyev Elmar, Abışov Allahyar, Məmmədli Məhəmməd, İbrahimli Paşa, Əliquliyev Kənan, Bayramov Əfqan, Tağızadə Ceyhun, Nəbiyev Nailxan, Fətullayev Rövşən, Məmmədli Azər.

<strong>Qadınlar:</strong> Məhərrəmova Mərziyyə, İbrahimova Firuzə, Abbasova Elnarə, İbrahimli Anastasiya.

Komanda ilə birlikdə səfərə məşqçilər Tofiq Heydərov, Maksum xasanov, Məmməd Məmmədov, Hafiz Süleymanov və baş katib Rizvan Rəsulov yollanacaq.