Milli komandamız ilk yarış günündə iki medal qazandı

manset1

2-8 sentyabr 2016-cı il tarixlərində İordaniyanın paytaxtı Amman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı keçiriləcək. Yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri ilə də çıxış edirlər. İlk yarış günündə 4 qadın atletimiz mübarizə qoşulub. İlk olaraq Mərziyyə Məhərəmova 48 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

Atlet birdən qaldırma hərəkətində 66 kq çəkinin öhdəsindən gəlib və türkiyəli rəqibi, Aropa çempionu Şaziye Erdoğandan sonra ikinci olub. Əvəzində Məhərrəmova təkanla qaldırma hərəkətində 82 kq nəticə edib və rəqibini məhz 2 kq üstələyib, bu hərəkətdə qalib olub. Atletimiz toplam 148 kq (66+82) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 63 kq çəki dərəcəsində Elnarə Abbasova körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində 75 kq, təkanla qaldırma hərəkətində isə 99 kq-ı ram edib. Toplam 174 kq (75+99) nticə göstərən atletimiz bu çəkidə 5-ci yeri tutub.

Bu çəkidə daha bir atlet – Firuzə İbrahimli yarışıb. O, birdən qaldırma hərəkətində 70 kq, təkanla qaldırma hərəkətində isə 90 kq-ı ram edib. Toplam 160 kq (70+90) nəticə göstərən atletimiz bu çəkidə 11-ci yeri tutub və karyerasında ilk dəfə idman ustası normasını doldurub. Son olaraq 69 kq çəki dərəcəsində Anastasiya İbrahimli mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 90 kq, təkanla qaldırma hərəkətində 118 kq-ı ram edib. İbrahimli hər iki hərəkətdə 2-ci yeri tutub. Anastasiya toplam 208 kq (90+118) nəticə göstərərək yekun sıralamada gümüş medala sahib çıxıb. Fəxri kürsünün ikinci pilləsində yer alan İbrahimli, millimizin bayrağını qaldırıb. Beləliklə, Azərbaycan milli komandası günü iki – bir qızıl və bir gümüş medalla başa vurub. Qalibləri, onların məşqçiləri və uğurda əməyi keçən hər kəsi təbrik edirik!

14080871_10210751628730774_776938453_n1

14159165_10210751628490768_361415132_n1

14218026_10210751629530794_1110923832_n1

14248999_10210751628810776_1646813924_n1

14249000_10210751628290763_542961493_n1

14249069_10210751628610771_1455046538_n1

14256536_10210751628770775_439224832_n1

14256621_10210751629450792_1585249970_n1

14256706_10210751628450767_110408257_n1

14269359_10210751628930779_1248255670_n1

Paylaş
Şərh yaz