Ömər Cavadov da qüvvəsini sınadı

12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Bu gün onlardan daha biri – Ömər Cavadov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.
Ömər toplam 318 kq (152+166) nəticə ilə yekun sıralamada 9-cu yeri tutub.

Tehran Məmmədov və İsa Rüstəmov Avropa çempionatında iştirak etdilər

12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Onlardan iki nəfər – Tehran Məmmədov və İsa Rüstəmov körpücük üzərinə qalxıblar. Onlar 67 kq çəki dərəcəsinin B qrupunda qüvvələrini sınayıblar.
Tehran toplam 275 kq (125+150) nəticə ilə bu qrupda 4-cü, yekun sıralamada 12-ci olub.
İsa isə toplam 299 kq (137+162) nəticə ilə bu qrupda 1-ci yekun sıralamada isə 5-ci yeri tutub.

Yığmamızın çıxışlarına Nazilə İsmayılova start verdi

12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürüb. 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edəcək.
Artıq onlardan biri – Nazilə İsmayılova körpücük üzərinə qalxıb. O, 45 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.
Atletimiz toplam 128 kq (58+70) nəticə göstərib və yekun sıralamada 11-ci yeri tutub.

Yığmamız Avropa çempionatında iştirak edəcək

12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada ağırlıqqaldırma üzrə Avropa çempionatı keçiriləcək. 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edəcək.
Heyət aşağıdakı kimidir:

Qadın:
Nazilə İsmayılova (45 kq)

Kişilər:
İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi – 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi – 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).

Kamran Nəbizadə hakimlərlə görüş keçirib

Yanvarın 12-də Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə ASK Arenada Texniki Komitənin üzvləri, ağırlıqqaldırma üzrə digər beynəlxalq dərəcəli hakimlər və mütəxəssislərlə görüş keçirib.
İştirakçıları salamlayan federasiya prezidenti hakimlərin ağırlıqqaldırma ictimaiyyətinin vacib üzvlərindən biri olduqlarını qeyd edib. O, bildirib ki, idmançı və məşqçilərlə yanaşı, onlar da beynəlxalq arenada ölkəmizi təmsil edirlər və bu səbəbdən də bu sahəyə diqqətin artırılması mütləqdir. Nəbizadə federasiyanın bu istiqamətdə bir sıra addımlar atacağını, bunun gələcəkdə öz müsbət effektini verəcəyinə inamını ifadə edib. O, xüsusilə hakimlərimizin xarici dil biliklərinin artırılmasının vacibliyini önə çıxarıb, gələcəkdə peşə bilikləri ilə yanaşı bu amilə də müstəsna əhəmiyyət veriləcəyini diqqətə çatdırıb.
Sonra mütəxəssislərə söz verilib. Onların da iştirakı ilə müzakirələr zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud problemlər dilə gətirilib, rəy və təkliflər verilib. Səmərəli keçən bu cür görüşlərin mütəmadi təşkil olunması qərarı qəbul edilib.

Yığma komandaların dayaq təlim-məşq bazası istifadəyə verilib

Yanvar ayının 12-də ASK Arenada ağırlıqqaldırma üzrə yığma komandaların yeni təlim-məşq bazası istifadəyə verilib. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə zala gələrək yaradılan şəraitlə tanış olub.

Ona məlumat verilib ki, dünya standartlarına uyğun qurulan zalda 12 məşq körpücüyü, əsas və köməkçi avadanlıqlar, fiziki hazırlıq üçün tələb olunan bütün lazımi alətlər yerləşdirilib. Məşq proseslərinin yüksək səmərəliliyinin təmini, hündürlük və havalandırma meyarları nəzərə alınıb, hazırlıqların ən yaxşı səviyyədə keçirilməsinə şərait yaradılıb. Bununla yanaşı, burada idmançıların ixtiyarına verilən oteldə qalma, qidalanma, bərpa və istirahət üçün bütün imkanlar təmin edilib.

Azərbaycan yığma komandası yanvarın 25-dən etibarən bu dayaq bazada yerləşəcək və qarşıdakı beynəlxalq yarışlara hazırlığını Türkiyədən sonra burada davam etdirəcək. Atletlərimiz fevralın 4-nə qədər hazırda ölkəmizdə olan Özbəkistan yığması ilə birlikdə məşq edəcəklər.

Yığma komandalarımız Türkiyədə təlim-məşq toplanışındadır

 

Ağırlıqqaldırma üzrə kişilər və qadınlardan ibarət yığma komandalarımız Türkiyədə təlim-məşq toplanışına start verib. Məqsəd fevral ayının 12-20-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı, həmçinin digər beynəlxalq yarışlara daha yaxşı hazırlaşmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltməkdir. Toplanış Türkiyənin müvafiq yığma komandaları ilə birlikdə təşkil olunur.

Kişilər yığmamız Maxtı Makkayevin rəhbərliyi altında Çorum şəhərində, qadınlar yığmamız isə Sərdar Həsənovun rəhbərliyi altında Ankara şəhərində hazırlaşırlar. Komandalarımız bütün lazımi şəraitlə təmin olunublar, məşq prosesi plana uyğun aparılır.

Toplanış yanvar ayının 25-nə qədər davam edəcək.

 

Yeni məşqçilər heyəti açıqlanıb

Ağırlıqqaldırma üzrə yığma komandaların məşqçilər heyətinin yeni tərkibi məlum olub. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının İdarə Heyətinin qərarına əsasən, rusiyalı mütəxəssis Maxtı Makkayev kişilərdən ibarət yığma komandaların baş məşqçisi təyin edilib. O, uzun müddət Rusiya yığmasında çalışıb, ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. Makkayevin tələbələri dünya, Avropa çempionatları, Olimpiya Oyunları, digər beynəlxalq yarışlarda qalib və mükafatçı olublar.
Ukraynalı Denis Qotfrid onun köməkçisi funksiyasını yerinə yetirəcək. Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov isə yeniyetmələr üzrə böyük məşqçi vəzifələrində çalışacaqlar. Sərdar Həsənov isə qadınlardan ibarət komandanın baş məşqçisi olacaq. Onun köməkçisi Əfqan Bayramov olacaq.

Azərbaycan Kubokuna ağırçəkili atletlərin möhtəşəm mübarizəsiylə yekun vurulub

16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayıb.

Körpücük üzərinə son olaraq çəkisi 89, 96, 102 və +109 kq olan atletlər çıxıblar. Ağır çəkilərin ram edildiyi qrupda toplam 307 kq (135+172) nəticə ilə 89 kq çəki dərəcəsində Nurlan Məmmədzadə, 238 kq (100+138) nəticə ilə 96 kq çəki dərəcəsində Yaşar Qurbanov, 367 kq (166+201) nəticə ilə 102 kq çəki dərəcəsində Əli Şükürlü və 400 kq (180+220) nəticə ilə +109 kq çəki dərəcəsində Dadaş Dadaşbəyli qalib adını qazanıb.

Əlavə olaraq, Azərbaycan Kubokunun ən yaxşı qadın və ən yaxşı kişi idmançısı, həmçinin komandalar arasında Kubokun ən yaxşıları müəyyənləşib. Belə ki, Azərbaycan Kubokunun ən yaxşı qadın idmançısı adına Nazilə İsmayılova layiq görülüb. Kişilərdə isə bu ada Dadaş Dadaşbəyli sahib çıxıb. Onlar mütləq qalib elan ediliblər.

Komandaların yarışında Azərbaycan Kubokunun qalibi Qazax rayonu yığma komandası olub. 2-ci ən yaxşı komanda Lənkəran, 3-cü ən yaxşı isə Qobustan olub.

Təbrik edirik!

89 kq

N Adı Təvəllüd Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Nurlan Məmmədzadə 2004 Qazax “Göyəzən” AAK 88.56 135 172 307
2. Əli Quliyev 2003 Goranboy UGİM / ARGİN 87.16 135 150 285
3. Elşən Şərifov 1996 Şamaxı Şamaxı Gİİ 85.35 120 145 265
4. Sənan Quliyev 1995 Samux “Bəhrə” İK 82.25 115 144 259
5. İsmayıl Baxışov 2001 Qobustan Qobustan 83.91 111 132 243
6. Məmməd Əhmədzadə 2007 Abşeron “Zirvə” İK 83.39 106 126 232

 

 

96 kq

N Adı Təvəllüdü Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Yaşar Qurbanov 2007 Bakı “Spartak” KBTİC 90.96 100 138 238
2. Canəli Əsədov 2003 Qobustan Qobustan 89.25 110 120 230
3. Elmar Rəhimov 1990 Qazax UGİM / ARGİN 93.65 101 126 227

 

102 kq

N Adı Təvəllüdü Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Əli Şükürlü 2003 Sumqayıt MOİK 100.75 166 201 367
2. Mürsəl Quliyev 1994 Samux “Bəhrə” İK 97.76 102 128 230

 

+109 kq

N Adı Təvəllüdü Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Dadaş Dadaşbəyli 1996 Qobustan Qobustan 110.75 180 220 400
2. İsmayıl Qurbanov 2000 Qobustan Qobustan 125.90 110 145 255

 

 

Paşa İbrahimli və Füqan Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar

 

16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku davam edir. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır.

Növbəti yarış qrupunda çəkisi 73 və 81 kq olan atletlər mübarizə aparıblar. 73 kq çəki dərəcəsində toplam 296 kq (136+160) nəticə göstərən Paşa İbrahimli qızıl medal qazanıb. 81 kq-da isə Füqan Əliyev qələbəni bayram edib. O, toplam 314 kq (140+174) nəticə ilə ən yaxın izləyicisi, toplam 307 kq (135+172) nəticə göstərən Ravin Alməmmədovu qabaqlaya bilib.

Təbrik edirik!

 

73 kq

N Adı Təvəllüd Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Paşa İbrahimli 1995 Lənkəran “Zirvə” İK 72.40 136 160 296
2. Murad Mustafayev 2006 Qazax UGİM / ARGİN 71.90 90 106 196
3. Nurlan Mustafayev 2006 Qazax UGİM / ARGİN 68.85 86 106 192

 

81 kq

N Adı Təvəllüd Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Fuqan Əliyev 2001 Lerik “Relaks-Lerik” İK 80.47 140 174 314
2. Ravin Alməmmədov 2006 Qazax “Göyəzən” AAK 80.15 135 172 307
3. Səbuhi Şəmmədov 2002 Goranboy UGİM / ARGİN 80.29 120 135 255
4. Dilavər Süleymanov 2006 Bakı “Herkules” İK 76.75 108 137 245
5. Nicat Babayev 2007 Lənkəran UGİM / ARGİN 77.59 100 130 230
6. Fərid Mərdanov 2006 Sumqayıt “Olimp-77” İK 74.85 95 110 205

Tehran Məmmədov qızıl medala sahib çıxdı

16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku davam edir. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır.

Kişilərdən bu dəfə körpücük üzərinə çəkisi 67 kq olan atletlər çıxıblar. Toplam 256 kq (116+140) nəticə göstərən Tehran Məmmədov bütün rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb. Toplam 233 kq (110+123) nəticə ilə Fuad Həsənov ikinci, 224 kq (101+123) nəticə ilə Turan Əliyev 3-cü yeri tutub.

Təbrik edirik!

 

67 kq

N Adı Təvəllüd Şəhər /Rayon Təşkilat Çəkisi Birdən Təkanla Toplam
1. Tehran Məmmədov 2002 Qobustan Qobustan 66.31 116 140 256
2. Fuad Həsənov 2003 Lənkəran “Zirvə” İK 65.75 110 123 233
3. Turan Əliyev 2007 Sumqayıt “Olimp-77” İK 64.38 101 123 224
4. Akif Abdullayev 2007 Abşeron “Zirvə” İK 66.51 103 120 223
5. Əmrah Osmanov 2005 Qazax UGİM / ARGİN 62.29 73 95 168
6. Riyad Rzayev 2007 Neftçala “Herkules” İK 63.47 75 0

 

Dəniz Cabbarlı və Elşən Məmmədov Azərbaycan Kubokunun qalibi oldular

16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır.
Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq və 61 kq olan atletlər çıxıblar. Bu çəkilərdə müvafiq olaraq Dəniz Cabbarlı və Elşən Məmmədov rəqiblərinin üstələyərək fəxri kürsünün ən üst pilləsinə qalxıblar.
Təbrik edirik!

Kişilər. 55 kq

N Adı Təvəllüd Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Dəniz Cabbarlı 2006 Lənkəran UGİM / ARGİN 54.75 100 117 217
2. Musa Alməmmədov 2008 Qazax UGİM / ARGİN 54.66 66 95 161
3. Aysim Əliyev 2007 Goranboy UGİM / ARGİN 52.71 67 87 154
4. Kənan Kərimov 2007 Goranboy UGİM / ARGİN 54.95 68 75 143
5. İlkin Xatınov 2008 Qazax UGİM / ARGİN 53.90 60 80 140

 

Kişilər. 61 kq

 

N Adı Təvəllüd Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Elşan Məmmədov 2004 Lənkəran “Zirvə” İK 59.76 101 120 221
2. Amin Osmanov 2006 Qazax “Göyəzən” AAK, UGİM 59.39 100 119 219
3. Eldar Eminov 2007 Şamaxı Şamaxı Gİİ 59.57 75 85 160
4. Şərif Qasımov 2005 Qazax UGİM / ARGİN 60.35 73 80 153