Nurlan Rəsulov fəxri kürsünün ən yüksək pilləsində!

Fevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edirlər.
Yarışların ikinci günündə körpücük üzərinə yaşı 15-ə qədər olan yeniyetmə oğlanlar 62 kq çəki dərəcəsinin A qrupunda mübarizə aparmaq üçün çıxıblar. Burada xırdalanlı atlet Nurlan Rəsulov toplam 190 kq (84+106) nəticə göstərib və qızıl medala sahib çıxıb.
Gümüş medalı toplam 176 kq (80+96) nəticə ilə Əli Şükürlü, bürünc medalı isə 161 kq (74+87) nəticə ilə Sərdar Kərimov əldə edib.

62 kq. Oğlanlar. A qrupu. 15 yaş.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Rəsulov Nurlan 2002 Xırdalan Zirvə 61.00 84 106 190
2. Şükürlü Əli 2003 Sumqayıt Zirvə 61.70 80 96 176
3. Kərimov Sərdar 2003 Goranboy Zirvə 59.90 74 87 161
4. Məmmədov Həzi 2002 Lənkəran Zirvə 59.70 75 81 156
5. Mamayev Yaşar 2003 Neftçala Zirvə 59.30 65 78 143
6. Məmmədzadə Ruzi 2003 Qazax Zirvə 59.40 57 70 127
7. Abdulxalıqov İqbal 2003 Şəki Zirvə 61.80 43 55 98

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz