Fevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edirlər.
Yarışların ikinci günündə körpücük üzərinə yaşı 15-ə qədər olan yeniyetmə oğlanlar 62 kq çəki dərəcəsinin A qrupunda mübarizə aparmaq üçün çıxıblar. Burada xırdalanlı atlet Nurlan Rəsulov toplam 190 kq (84+106) nəticə göstərib və qızıl medala sahib çıxıb.
Gümüş medalı toplam 176 kq (80+96) nəticə ilə Əli Şükürlü, bürünc medalı isə 161 kq (74+87) nəticə ilə Sərdar Kərimov əldə edib.
62 kq. Oğlanlar. A qrupu. 15 yaş.
| N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
| 1. | Rəsulov Nurlan | 2002 | Xırdalan | Zirvə | 61.00 | 84 | 106 | 190 |
| 2. | Şükürlü Əli | 2003 | Sumqayıt | Zirvə | 61.70 | 80 | 96 | 176 |
| 3. | Kərimov Sərdar | 2003 | Goranboy | Zirvə | 59.90 | 74 | 87 | 161 |
| 4. | Məmmədov Həzi | 2002 | Lənkəran | Zirvə | 59.70 | 75 | 81 | 156 |
| 5. | Mamayev Yaşar | 2003 | Neftçala | Zirvə | 59.30 | 65 | 78 | 143 |
| 6. | Məmmədzadə Ruzi | 2003 | Qazax | Zirvə | 59.40 | 57 | 70 | 127 |
| 7. | Abdulxalıqov İqbal | 2003 | Şəki | Zirvə | 61.80 | 43 | 55 | 98 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'pages_read_engagement' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.


