Nailxan Nəbiyev Azərbaycan çempionatının qalibidir!

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayır.

İkinci yarış günündə növbəti – 94 kq çəki dərəcəsində də tamaşaçılar maraqlı mübarizəyə şahid olublar. Yenə 1 kq fərq həlledici olub.

Qızıl medal Nailxan Nəbiyevə qismət olub. O, toplam 362 kq (161+201) nəticə ilə rəqiblərinin üstələyəib və çempion adına layiq görülüb.

Ondan cəmi 1 kq az – toplam 361 kq (161+200) nəticə göstərən Rövşən Fətullayev gümüş medal qazanıb. Bürünc medal 330 kq (150+180) nəticə göstərən Hüseyn İsmayılova qismət olub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Kişilər. 94 kq.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Nəbiyev Nailxan 1994 Bakı Spartak 93.30 161 201 362
2. Fətullayev Rövşən 1997 Lənkəran Zirvə 94.00 161 200 361
3. İsmayılov Hüseyn 1999 Yevlax Zirvə 88.40 150 180 330
4. Beskov Kamran 1996 Bakı Təhsil 87.00 126 160 286
5. Nəzərov Əliş 1999 Bakı Təhsil 91.10 121 146 267

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz