Kənan Xəlilov dünya çempionatında mübarizə apardı

15-23 iyun tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçiriləcək. Yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Onlardan mübarizəyə ilk olaraq 62 kq çəki dərəcəsində Kənan Xəlilov qoşulub. Atletimiz bu çəkinin B qrupunda yarışıb.

Kənan birdən qaldırma hərəkətində 120 kq-ı ram edib və bu hərəkətdə 2-ci olub. Təkanla qaldırma hərəkətində 130 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 7-ci pillədə qərarlaşıb.

Toplam 250 kq (120+130) nəticə göstərən atletimiz B qrupunda 4-cü yeri tutub. Onun bu çəkidə yekun sıralamadakı yeri A qrupundakı mübarizə başa çatandan sonra məlum olacaq.

Paylaş
Şərh yaz