İsa Rüstəmov rəqiblərini üstələdi

11-18 may tarixlərində Tunisin paytaxtı Tunis şəhərində keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatı davam edir. Bu yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Bu gün onlardan daha biri – İsa Rüstəmov körpücük üzərinə çıxıb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimizin çıxışı uğurlu alınıb.
İsa birdən qaldırma hərəkətində 138, təkanla qaldırma hərəkətində 164 kq çəkini ram edib, toplam 302 kq (138+164) nəticə göstərib.
Bu nəticə ilə o, həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda rəqiblərini üstələyib.
Təbrik edirik!

Paylaş
Şərh yaz