İsa Rüstəmov – çempion!

Dekabrın 21-22-də Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnir davam edir. Sayca 16-cı olan turnir olacaq və artıq ikinci dəfə beynəlxalq status daşıyacaq.
Kişilərin mübarizəsində ilk olaraq yaşı 17-yə qədər olan oğlanlar qoşulub. Son yanaşmaya qədər davam edən qızıl medal yarışını İsa Rüstəmov qazanıb. Gənc atlet toplam 270 kq (120+150) çəkini ram edərək 377.82 xal toplayb və bütün rəqiblərini üstələyib.
Gümüş medala digər azərbaycanlı atlet Hüseyn İsmayılov yiyələnib. O, toplam 310 kq (140+170) nəticə və 374.47 xalla ikinci pillədə qərarlaşıb. Bürünc medal isə moldovalı udor Çobanuya qismət olub. O, toplam 295 kq (135+160) və 355.05 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilir. Turnirin bilavasitə keçirilməsi təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə olunur.
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının idmançılarına turnirdə iştirak etmək hüququ verilir. Bununla yanaşı, növbəti dəfə xarici dövlətlərdən dəvət olunmuş idmançıların bu turnirdə iştirak edə biləcəklər. Yarışda Azərbaycanla yanaşı, daha 12 ölkədən ağırlıqqaldıranların çıxışı gözlənilir.
Ağır atletika üzrə turnir
-5 yaş qrupu və Veteranlar arasında keçiriləcəkdir.
Qadınlarda 17 yaşa qədər və 17 yaşdan yuxarı,
-kişilərdə 17 yaşa qədər, 20 yaşa qədər və 20 yaşdan yuxarı olaraq bölünəcək.
Turnir Beynəlxalq Ağır atletika federasiyasının “yarışların təşkili və keçirilməsi qaydaları” na əsasənkeçiriləcəkdir.
-Yarış şəxsi xarakter daşıyır, qaliblər və mükafatçılar hər yaş qrupunda «Sinkler» cədvəlinə görə topladığı xallara əsasən müəyyənləşdiriləcəkdir.
-Hər yaş qrupunda I, II və III yerləri tutmuş idmançılar Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və medallarla təltif olunacaqlar.

N Ad Ölkə          
1. Rüstəmov İsa Azərbaycan 65.00 120 150 270 377.82
2. İsmayılov Hüseyn Azərbaycan 83.20 140 170 310 374.47
3. Tudor Çobanu Moldova 83.80 135 160 295 355.05
4. Renat Rəhimov Belarus 74.70 130 145 275 352.39
5. Vitali Smoçek Ukrayna 70.30 116 147 263 349.64
6. Xəlilov Kənan Azərbaycan 58.50 105 125 230 347.12
7. Mirzəyev Sənan Azərbaycan 84.90 133 157 290 346.96
8. Hüseynov Elməddin Azərbaycan 56.70 95 124 219 338.37
9. Alxasov Əlimərdan Azərbaycan 70.10 110 136 246 327.63
10. Babayev Tarmenxan Azərbaycan 73.00 111 130 241 313.07
11. Zlatomir Kovaçev Bolqarıstan 84.50 115 145 260 311.12
12. Karol Yuçimyuk Polşa 77.30 105 130 235 295.28
13. Konstantin Mironov Rusiya 75.70 100 120 220 279.74
14. Taha Nemati İran 69.20 62 75 137 183.96

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz