Hüseyn Heydərov 3 qızıl medalla Avropanın zirvəsində!

Hüseyn Heydərov 3 qızıl medalla Avropanın zirvəsində!

1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Bu dəfə körpücük üzərinə Hüseyn Heydərov çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 118 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına layiq görülüb.

O, təkanla qaldırma hərəkətində uğurlu çıxışla yadda qalıb. Hüseyn 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.

Toplam 257 kq (118+139) nəticə göstərən Heydərov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Təbrik edirik!

Paylaş
Şərh yaz