Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş turnir keçiriləcək

Dekabrın 27-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika turniri keçiriləcək. Şəxsi xarakter daşıyan yarışda qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak edəcək, qaliblər Sinkleyr cədvəli əsasında müəyyən ediləcək. Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunacaq.

Turnir “Zirvə İnternational Sport Clubs” tərəfindən təşkil olunur. Yarışın bilavasitə keçirilməsi Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə edilib.

Xatirə turnirinin təşkilində məqsəd Hacibaba Əskərovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletika idman növünün inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Paylaş
Şərh yaz