Füqan Əliyev və Ravin Alməmmədov körpücük üzərinə qalxdılar

12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Bu gün onlardan daha ikisi – Füqan Əliyev və Ravin Alməmmədov körpücük üzərinə qalxıblar. Onlar 81 kq çəki dərəcəsinin B qrupunda qüvvələrini sınayıblar.
Ravin birdən qaldırma hərəkətində 135 kq nəticə göstərib, təkanla qaldırma hərəkətinə isə zədə səbəbindən çıxa bilməyib, yarışı nəticəsiz başa vurmalı olub.
Füqan toplam 313 kq (140+173) nəticə göstərib və yekun sıralamada 12-ci yeri tutub.
Paylaş
Şərh yaz