Firdovsi Umudov Konqresdə iştirak edib

Mart ayının 30-da Tailandın Phuket şəhərində Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Xüsusi Konqresi keçirilib. Təbdirdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib. Konqresdə qurumun bütün komitələrinin hesabatları dinlənilib, müzakirələr aparılıb, təşkilatın yeni himni təqdim olunub. Bununla yanaşı, Paris 2024 Olimpiya Oyunlarına gedən yolda son durum müzakirə edilib, bu il dünya səviyyəli yarışları qəbul edəcək ölkələrin təqdimatları nümayiş etdirilib.

Firdovsi Umudov IWF prezidenti Mohəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti ilə də görüşlər keçirib. Bu görüşlər zamanı bir sıra məsələlər, həmçinin AAF-ın bu beynəlxalq təşkilatlarla dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ölkəmizdə ağırlıqqaldırmanın inkişafı istiqamətində beynəlxalq təcrübənin öyrənilərək tətbiqi də müzakirə edilib.

Paylaş
Şərh yaz