Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş XVIII ağır atletika turniri keçirilib

Dekabrın 29-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə XVIII açıq turnir keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarış beynəxlaq status daşıyıb və Azərbaycanın paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından, həmçinin Gürcüstandan dəvət olunan idmançılar iştirak ediblər.

Turnirin açılış mərasimində Fəxrəddin Şahbazovun ailə üzvləri, həmçinin Bakı Şəhər Gənclər Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Ağır Atletika Federasiyasının 1-ci vitse-prezidenti Tofiq Heydərov və digər qonaqlar iştirak ediblər. Nitq üçün söz ilk olaraq Raqif Abbasova verilib. O, Milli Qəhrəmanın ruhunun bu qədər uca tutulması və onun xatirəsinə həsr olunmuş belə mötəbər turniri hər il yüksək səviyyədə keçirilməsinin alqışlanası hal olduğunu bildirib.

Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsibə xanım da danışaraq ailə adından yarış təşkilatçılarına təşəkkürünü bildirib. Sonra Milli Qəhrəmanın nəvəzi, elə onun adını daşıyan Fəxrəddin də qonaq və iştirakçılara çox sağol deyib, gələcəkdə onların hər birinin etimadını doğruldacağına söz verib. Daha sonra Tofiq Heydərov səhnəyə çıxaraq ənənəvi olaraq yarışın ilk qızıl medalını nəvə Fəxrəddinə təqdim edib.

Heydərov həmçinin çıxış edib və 2018-ci ildə Azərbaycan ağır atletlərinin qazandığı böyük uğurlar, nailiyyətlər, bu idman növünün inkişafı üçün görülən işlər barədə məlumat verib. Vitse-prezidentin sözlərinə görə, Azərbaycanda idman inkişaf edir və bundan sonra da qələbələr qazanmaq üçün yetərli potensial var.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib və yarış rəsmən açıq elan olunub.

Sonra xatirə turnirində yarışlar davam etdirilib. Müxtəlif çəki dərəcələrində Əvəz Tağıyev, Elvin Şükürzadə, Elşən Məmmədov, Qurami Giorbelidze, Arçil Malakmadze, Lamia Tebidze, İsa Həsənli, Əli Şükürlü, ümidvar Bayramlı və Tornike Tabatadze qalib adını qazanıblar. Mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim edilib.

Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

 

49 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Tağıyev Əvəz 2002 Neftçala Zirvə 47.3 70 90 160
2. Rəhimov Kənan 2004 İsmayıllı Zirvə 46.2 57 78 135
3. Həsənli Nihat 2003 Lənkəran Zirvə 48.2 61 73 134
4. Quliyev Namik 2004 Neftçala Zirvə 47.5 51 63 114
5. Sultanov Soltan 2004 Bakı Təhsil 48.2 53 60 113
6. Qədimov Fuad 2005 Sumqayıt Zirvə 46.9 47 66 113
7. Həsənov Əliağa 2004 Neftçala Zirvə 47.3 48 56 104
8. Quliyev Emil 2006 Bakı Təhsil 40.8 45 50 95
9. Beydullayev Racib 2004 Abşeron Zirvə 43.8 40 50 90
10. Nəbiyev Nəbi 2006 Bakı Spartak 46.7 38 45 83
11. Fərzəliyev Amil 2006 Bakı Təhsil 40.5 36 41 77
12. Arzumanov Yusif 2006 Bakı Neftçi 48.7 30 47 77
13. Sulatnov Kənan 2006 Bakı Təhsil 33.6 31 35 66
14. Məmmədzadə Şahin 2004 Bakı Təhsil 47.8 25 39 64
15. Zairov Nihat 2006 Bakı Təhsil 26.8 27 31 58
16. Zairov Nicat 2006 Bakı Təhsil 26.0 23 30 53
17. Hüseynov Yaşar 2005 Bakı Təhsil 36.5 23 30 53
18. Süleymanov Orxan 2006 Bakı Təhsil 48.8 21 29 50
19. Teyyubov Fərid 2006 Bakı Təhsil 33.7 25 25 50
20. Nəzərov Elduran 2006 Bakı Təhsil 45.6 20 26 46

 

55 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Şükürzadə Elvin 2003 Lənkəran UGİM 54.0 84 101 185
2. Qafarlı Əli 2005 Lənkəran Zirvə 50.1 56 68 124
3. Qasımzadə Ülvi 2003 Cəlilabad UGİM 55.0 51 63 114
4. Əliyev Abbas 2006 Xırdalan Zirvə 49.1 28 35 63
5. Quliyev Elgün 2003 Bakı Təhsil 52.8 0 0 0
6. Hacıyev Elşad 2004 Xırdalan Zirvə 52.4 52 0

 

61 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Məmmədov Elşən 2004 Lənkəran Zirvə 60.0 102 126 228
2. Alxasov Sale 2001 Lerik Zirvə 60.5 100 125 225
3. Hüseynov Elməddin 2004 Şamaxı Zirvə 58.8 97 120 217
4. Həsəonv Fuad 2003 Lənkəran UGİM 58.1 94 115 209
5. Cavadov Ömər 2002 Xırdalan Zirvə 56.9 95 110 205
6. Nəbiyev Kamil 2003 Bakı Spartak 59.5 83 100 183
7. Məmmədli Ədalət 2004 İsmayıllı Zirvə 58.2 66 88 154
8. Nəbiyev Ravil 2004 Bakı Spartak 65.6 67 84 151
9. Əhmədov Rusif 2001 Bakı Təhsil 58.6 75

 

67 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Giorbelidze Qurami 2002 Gürcüstan 65.9 140 151 268
2. Qasımov Rüstəm 2002 Lənkəran Təhsil 66.5 140 145 260
3. Muxtarlı Novruz 2002 Sumqayıt Təhsil 65.0 90 115 205
4. Kərimov Elvin 2004 Bakı Təhsil 62.9 55 80 135

 

73 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Malakmadze Arçil 2001 Gürcüstan 71.7 140 158 298
2. Əliyev Füqan 2001 Lerik Zirvə 72.1 116 141 257
3. Rəsulov Nurlan 2002 Abşeron Zirvə 69.5 110 136 246
4. Məmmədov İlkin 2003 Bakı Təhsil 1 69.8 78 92 170
5. Məmmədov Nazim 2003 Bakı Təhsil 1 71.3 77 90 167

 

81 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Tebidze Lamia 2001 Gürcüstan 79.0 137 180 335
2. Mamayev Yaşar 2003 Neftçala Zirvə 75.8 103 118 221
3. Qasımzadə Ümid 2001 Cəlilabad Zirvə 79.2 100 110 210
4. Əlimanov Hacı 2005 Bakı Təhsil 74.4 88 114 202
5. Hümmətli Fuad 2004 Xırdalan Zirvə 75.8 55 75 130

 

89 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Həsənli İsa 2002 Lənkəran Zirvə 83.4 95 121 216
2. Qasımzadə Soltan 2003 Bakı Təhsil 83.3 64 75 139

 

96 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Şükürlü Əli 2003 Sumqayıt Zirvə 93.9 120 135 255
2. Zamanov Kənan 2003 Xırdalan Zirvə 92.3 85 105 190
3. Babazadə Murad 2005 Sumqayıt Spartak 91.2 50 62 112

 

102 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Bayramlı Ümidvar 2001 Bakı Təhsil 101.7 120 140 260

 

+102 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Tabatadze Tornike 2001 Gürcüstan 103.2 165 181 346
2. Talaxadze Akaki 2001 Gürcüstan 107.3 145 184 329
3. Kazımov Rəhman 2002 Xırdalan Zirvə 107.0 122 152 274

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz