Elməddin Hüseynov qızıl medala sahib çıxdı

9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokuna start verirlib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Çəkisi 67 kq-a qədər olan atletlər mübarizə də maraqlı alınıb. Toplam 260 kq (118+142) nəticə göstərən Elməddin Hüseynov kubokun qalibi adına layiq görülüb. Onun ən yaxın izləyicisi Ömər Cavadov toplam 252  kq (117+135) nəticə ilə gümüş medala, toplam 243 kq (108+135) nəticə ilə isə Fuad Həsənov bürünc medala sahib çıxıb.

Təbrik edirik!

67 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Hüseynov Elməddin 2001 Şamaxı Zirvə-Aviator 67.0 118 142 260
2. Cavadov Ömər 2002 Xırdalan Zirvə-Aviator 66.5 117 135 252
3. Həsənov Fuad 2003 Lənkəran UGİM-Aviator 65.1 108 135 243
4. Sahibov Sənan 2004 Qobustan Zirvə 65.1 91 120 211
5. Nəbiyev Kamil 2003 Bakı Spartak 66.2 95 115 210

 

Paylaş
Şərh yaz