Dadaş Dadaşbəyli II MDB Oyunlarının qızıl medalçısı oldu!

4-10 avqust tarixlərində Belarusda keçirilən II MDB Oyunlarında ağır atletika üzrə yarışlar təşkil olunur. Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında 150-dən çox idmançı medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında Azərbaycan atletləri də var.

Bu gün Əli Şükürlü və Dadaş Dadaşbəyli 109 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

Əli Şükürlü toplam 300 kq (130+170) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.

Dadaş Dadaşbəyli isə möhtəşəm çıxış edib. O, toplam 393 kq (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Təbrik edirik!

Paylaş
Şərh yaz