Bu gün Milli Mətbuat Günüdür!

22 iyul – Azərbaycanda Milli Mətbuat günü kimi qeyd edilir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib.

Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunmağa başlayıb.

Biz də Azərbaycan Ağır Atletika Federasiyası olaraq bütün media nümayəndələrini təbrik edir, onlara işlərində uğurlar arzulayırıq!

Paylaş
Şərh yaz