Bakı 2017: Mərziyyə Məhərrəmova da qüvvəsini sınadı

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.

Bu gün çəkisi 48 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Mərziyyə Məhərrəmova təmsil edib.

O, birdən qaldırma hərəkətində 66 kq-ı ram edib. Qadın atletimiz təkanla qaldırma hərəkətində 85 kq-ı başı üzərinə qaldıra bilib.

Toplam 151 kq (66+85) nəticə göstərən Mərziyyə Məhərrəmova 48 kq çəki dərəcəsində 6-cı yeri tutub.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'pages_read_engagement' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.
Paylaş
Şərh yaz