Azərbaycan Kuboku qadınların yarışı ilə start götürüb

16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır.
Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Maraqlı mübarizə şəraitində keçən yarışda Samirə Rzayeva (45 kq), Nazilə İsmayılova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59 kq), Fazilə İmanova (64 kq) və Rahilə Hüseynzadə (81 kq) qalib adını qazanıblar.
Təbrik edirik!

Qadınlar. 45 kq

Tutduğu yer Adı Təvəllüd Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Samirə Rzayeva 2006 Qazax UGİM / ARGİN 41.78 41 51 92
2. Aydan Rzayeva 2008 Qazax UGİM / ARGİN 42.67 41 50 91

 

Qadınlar. 49 kq

Tutduğu yer Adı Təvəllüd Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Nazilə İsmayılova 1998 Sumqayıt MOİK 48.64 65 80 145
2. Türkanə Qənbərzadə 2007 Lənkəran UGİM / ARGİN 47.72 41 48 89

 

Qadınlar. 55 kq

Tutduğu yer Adı Təvəllüd Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Selcan Qarayeva 2005 İsmayıllı “Girdiman” AAK, DŞRGİİ 51.27 55 72 127
2. Gülcahan Əliyeva 2004 Şərur Naxçıvan / Şərur 52.55 55 70 125
3. Lalə Əzizli 1993 Bakı “Herkules” İK 54.41 55 62 117
Türkanə Eminova 2005 Şamaxı Şamaxı Gİİ 54.13 48 0

 

Qadınlar. 59 kq

Tutduğu yer Adı Təvəllüd Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Dinara İbrahimli 2001 Gəncə “ADAU” AAK 58.54 58 75 133
2. Aytən Əliyeva 2008 Qazax UGİM / ARGİN 59.0 56 67 123
   – Günel Muxtarlı 2003 Sumqayıt “Olimp-77” İK 55.03 43

 

Qadınlar. 64 kq

Tutduğu yer Adı Təvəllüd Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Fazilə Imanova 2004 Neftçala “Herkules” İK 61.70 66 85 151
2. Xanmana Əhmədova 2002 Sumqayıt “Olimp-77” İK 64.00 50 65 115
   3. Anna Opanasyuk 2003 Lənkəran “Zirvə” İK 61.82 48 65 113

 

Qadınlar. 81 kq

Tutduğu yer Adı Təvəllüd Şəhər /Rayon Təşkilat Çəki Birdən Təkanla Toplam
1. Rahilə Hüseynzadə 2005 Lənkəran “Zirvə” İK 80.41 87 103 190
Mələk Hüseynli 2008 İsmayıllı “Girdiman” AAK, DŞRGİİ 80.55 53 0

 

Paylaş
Şərh yaz