Azərbaycan çempionatına ağır çəkili atletlərin mübarizəsi ilə yekun vuruldu, Füqan Əliyev 3 rekord yenilədi

28-29 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb.

Körpücük üzərinə son olaraq 81, 89, 96, 102, 109 və +109 kq çəki dərəcələrində yarışan atletlər çıxıblar.

81 kq çəki dərəcəsində Füqan Əliyev toplam 316 kq (140+176) nəticə ilə qızıl medal qazanıb. Bununla yanaşı, o bu çəki dərəcəsində 3 rekord yeniləməyi bacarıb. Birdən qaldırma hərəkətində 140 kq, təkanla qaldırma hərəkətində 176 kq, toplamda isə 316 kq-lıq nəticələr yeni Azərbaycan rekordlarıdır.

Bu çəki dərəcəsində təkanla qaldırma hərəkətində 169 kq çəkini ram edən Ravin Alməmmədov, bu hərəkətdə yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib.

Digər çəkilərdə müvafiq olaraq toplam 283 kq (130+153) nəticə ilə Əli Quliyev, toplam 280 kq (125+155) nəticə ilə Elşən Şərifov, toplam 240 kq (105+135) nəticə ilə Fuad Hümmətli, toplam 315 kq (140+175) nəticə ilə German Xaçmazov və toplam 300 kq (140+160) nəticə İsmayıl Qurbanov qalib adını qazanıblar.

 

81 kq

N Adı İl Şəhər /

Rayon

Təmsil etdiyi idman təşkilatı Birdən Təkanla Toplam
1. Fuqan Əliyev 2001 Lerik “Relax-Lerik” İK 140* 176* 316*
2. Ravin Alməmmədov 2006 Qazax “Göyəzən” AAK 130 169 299
3. Murad Əliyev 2003 Sumqayıt İOEUGİŞM-1 / “Təhsil” RİM 135 163 298
4. Nurlan Rəsulov 2002 Abşeron “Zirvə” İK 130 166 296
5. Səbuhi Şəmmədov 2002 Goranboy KGoranboy AAİK 127 141 268
6. Hüseyn Heydərov 2008 Lənkəran UGİŞM / “Təhsil” RİM 113 140 253
7. Orxan Zöhrabzadə 2005 Bakı İOEUGİM-5 / “Təhsil” RİM 106 140 246
8. İmaməli Əliyev 2005 Goranboy UGİM / Gİİ 100 125 225
9. Məmməd Əhmədzadə 2007 Abşeron “Zirvə” İK 100 125 225
10. Nicat Babayev 2007 Lənkəran UGİM / Gİİ 100 120 220
11. Kamil Nəbiyev 2003 Bakı “Spartak” KBTİC 95 120 215
12. Kamal İsmayılov 2003 Yevlax UGİM / Gİİ 92 120 212
13. Yaşar Qurbanov 2007 Bakı “Spartak” KBTİC 90 121 211
14. Məhəmməd Həsənov 2006 Gəncə UGİŞM-2 / “Təhsil” RİM 90 110 200

 

89 kq

 

N Adı İl Şəhər / Rayon Təmsil etdiyi

idman təşkilatı

Çəkisi Birdən Təkanla Toplam
1. Əli Quliyev 2003 Goranboy Goranboy AAİK 87.3 130 153 283
2. Kənan Xəlilov 1999 Neftçala “Hercules” İK 82.0 128 155 283
3. İsmayıl Baxışov 2001 Qobustan “Buta” İK 84.5 125 150 275
4. Hüseynəli İbrahimov 2007 Bakı İOEUGİM-5 / “Təhsil” RİM 81.9 101 139 240
5. Sənan Mirzəyev 1999 Bakı “Spartak” KBTİC 84.7 125

 

96 kq

 

N Adı İl Şəhər / Rayon Təmsil etdiyi

idman təşkilatı

Çəkisi Birdən Təkanla Toplam
1. Elşən Şərifov 1996 Şamaxı  “Cəngi” AAK 89.6 125 155 280
2. Canəli Əsədov 2003 Qobustan  “Buta” İK 89.9 124 140 264
3. Həsən Babayev 2007 Şərur  “Naxçıvan” İK 89.2 111 143 254
4. Eldar Məmmədov 1978 Bakı  DGK İSM 95.0 103 120 223

 

102 kq

 

N Adı İl Şəhər / Rayon Təmsil etdiyi

idman təşkilatı

Çəkisi Birdən Təkanla Toplam
1. Fuad Hümmətli 2004 Abşeron “Zirvə” İK 101.2 105 135 240

 

109 kq

N Adı İl Şəhər / Rayon Təmsil etdiyi

idman təşkilatı

Çəkisi Birdən Təkanla Toplam
1. German Kachmazov 2003 Samux “Bəhrə” İK 104.7 140 175 315

 

+109 kq

N Adı İl Şəhər /

Rayon

Təmsil etdiyi

idman təşkilatı

Çəkisi Birdən Təkanla Toplam
1. İsmayıl Qurbanov 2000 Qobustan  “Buta” İK 128.0 140 160 300
Paylaş
Şərh yaz