Azərbaycan çempionatı qadınların mübarizəsi ilə start götürdü

2-3 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriəcək. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayacaq.
Artıq ilk yarış qrupu arxada qalıb. Qadınlar qalibləri Sinkleyr cədvəli üzrə müəyyənləşdiriblər. Qızıl medala qazaxlı atlet Abbasova Elnarə sahib çıxıb. O, toplam 190 kq (84+106) nəticə və 250.47 Sinkleyr xalı ilə bütün rəqiblərini üstələyib.
Gümüş medalı isə qalibdən çox cüzi fərqlə geridə qalan Səbinə Əzimova qazanıb. O, toplam 167 kq (73+94) nəticə və 250.06 xalla kifayətlənib və fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bürünc medal sumqayıtlı atlet Firuzə İbrahimovaya qismət olub. O, toplam 170 kq (75+95) nəticə və 230.92 xal toplayıb.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Qadınlar. A qrupu.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam Xal
1. Abbasova Elnarə 1997 Qazax Zirvə 62.40 84 106 190 250.47
2. Əzimova Səbinə 2000 Lənkəran Zirvə 51.75 73 94 167 250.06
3. İbrahimova Firuzə 1997 Sumqayıt Zirvə 59.50 75 95 170 230.92
4. Əlizadə Gülçin 1997 Qazax Zirvə 49.80 62 75 137 211.01
5. Məmmədova Sona 1999 Qazax Zirvə 66.10 65 80 145 195.69
6. Hüseynzadə Fidan 2001 Lənkəran Zirvə 62.90 64 80 144 189.09
7. Siracova Şəbnəm 1988 Xırdalan Zirvə 48.00 51 63 114 180.69
8. Fərəcova Şəfa 2001 Lənkəran Zirvə 52.40 46 63 109 161.60
9. Nəzərli Gülbəniz 2002 Lənkəran Zirvə 48.50 46 54 100 157.21
10. Məmmədova Xumar 1997 Goranboy Zirvə 87.50 63 76 139 154.83
11. Əbdürrəhmanova Fidan 1999 Bakı Spartak 82.10 58 75 133 152.02
12. İbrahimli Anastasiya 1993 Xırdalan Zirvə 71.00 0
13. Vəliyeva Günel 1997 Xırdalan Zirvə 61.80 50 0

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz