Azərbaycan birinciliyinin son qalibləri Səfərli Şamo və Bayramlı Ümidvar oldu

Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.

Tamaşaçılar körpücük üzərində son olaraq yaşı 15-ə qədər olan yeniyetmə oğlanların 94 kq və yaşı 17-yə qədər olan yeniyetmə oğlanların +94 kq çəki dərəcəsindəki medal mübarizəsini izləyiblər.

Yaşı 15-ə qədər olan yeniyetmələrin 94 kq çəki dərəcəsində qızıl medalı qobustanlı atlet Səfərli Şamo əldə edib. O, toplam 205 kq (90+115) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medal toplam 195 kq (85+110) nəticə ilə Kazımov Rəhman, bürünc medal isə toplam 100 kq (45+55) nəticə ilə Ağayev Dmitroya qismət olub.

Yaşı 17-yə qədər olan yeniyetmələrin +94 kq çəki dərəcəsində qızıl medalı bakılı atlet Ümidvar Bayramlı əldə edib. O, toplam 270 kq (120+150) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medal toplam 261 kq (121+140) nəticə ilə Həsənzadə Həsənbəy, bürünc medal isə toplam 245 kq (105+140) nəticə ilə Qurbanov İsmayıla qismət olub.

94 və +94 kq. Oğlanlar.

94 kq. 15 yaş

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Səfərli Şamo 2002 Qobustan GİN 92.60 90 115 205
2. Kazımov Rəhman 2002 Xırdalan Zirvə 89.30 85 110 195
3. Ağayev Dmitro 2003 Xırdalan Zirvə 90.80 45 55 100

 

+94 kq. 17 yaş

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Bayramlı Ümidvar 2001 Bakı Təhsil 95.90 120 150 270
2. Həsənzadə Həsənbəy 2001 Gəncə Təhsil 96.80 121 140 261
3. Qurbanov İsmayıl 2000 Qobustan Zirvə 107.0 105 140 245

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz