Anastasiya İbrahimli qızıl medala sahib çıxdı

10-13 noyabr tarixlərində Şimal Dres qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku keçirilir. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200-ə yaxın atlet çıxış edir.

Bu gün qadınların kubok yarışlarında qalibi adına aydınlıq gətiriblər. Anastasiya İbrahimli 187 kq (83+104) nəticə və 218.1 xalla bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb.
Sonrakı yerləri müvafiq olaraq 167 kq (75+92) və 217.6 xalla İbrahimova Firuzə, 163 kq (70+93) nəticə 206.7 xalla Abbasova Elnarə tutub.
Qaliblər Sinkleyr cədvəli ilə müəyyənləşib.
Kubokun təşkilatçıları Azərbaycan Ağır Atletika Federasiyasi və Azərbaycan Gənclər və İdman Nazirliyidir.

N Ad Klub Şəhər İl ŞÇ B. Tək. Top. Sink.
1. İbrahimli Anastasiya Zirvə Xırd 1993 70.30 83 104 187 218.1
2. İbrahimova Firuzə Zirvə Sum 1997 58.70 75 92 167 217.6
3. Abbasova Elnarə Zirvə Qazax 1997 61.10 70 93 163 206.7
4. Məhərrəmzadə Sevər Zirvə Lənkə 55.60 61 68 129 174.8
5. Əlizadə Gülçin Zirvə Qazax 1997 48.20 50 60 110 167.4
6. Siracova Şəbnəm Zirvə Xırd 1988 48.20 43 48 91 141.1
7. Məmmədova Xumar Zirvə Gor 1997 83.80 60 70 130 140.1

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz