Abzərli Cəbrayıl bütün rəqiblərini üstələdi

Fevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış günü başa çatıb. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edirlər.
Fevralın 18-də körpücük üzərinə son olaraq yaşı 17-yə qədər olan yeniyetmə oğlanlar 62 kq çəki dərəcəsinin A qrupunda mübarizə aparmaq üçün çıxıblar. Burada bakılı atlet Abzərli Cəbrayıl toplam 215 kq (95+120) nəticə göstərib və qızıl medala sahib çıxıb.
Gümüş medalı toplam 202 kq (90+112) nəticə ilə Ağayev Elvin, bürünc medalı isə 193 kq (83+110) nəticə ilə Ziyadov Xəyal əldə edib.

62 kq. Oğlanlar. A qrupu. 17 yaş.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Abuzərli Cəbrayıl 2001 Bakı Təhsil 61.3 95 120 215
2. Ağayev Elvin 2000 Bakı Spartak 61.6 90 112 202
3. Ziyadov Xəyal 2001 Sumqayıt Təhsil 59.8 83 110 193
4. Məlikzadə Ümid 2000 Xırdalan Zirvə 59.8 81 95 176
5. Qarayev Nurlan 2001 Gəncə Təhsil 61.9 76 90 166
6. Hüseynli Nəriman 2001 Sumqayıt Zirvə 61.8 63 83 146
7. Həsənov Nizami 2001 Gəncə Təhsil 61.3 80 0 0
8. Hüseynov Şəhriyar 2000 Lənkəran Zirvə 61.2 83 0 0

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz