62 kq çəki dərəcəsində Allahyar Abışov qalib gəldi

2-3 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriəcək. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayacaq.

Kişilərin 62 kq çəki dərəcəsində medal mübarizəsi paytaxt atletləri arasında gedib.

Qızıl medalı toplam 262 kq (120+142) nəticə göstərən Allahyar Abışov boynundan asıb.

Gümüş medal toplam 250 kq (113+137) nəticə göstərən Rauf Nəbiyevə, bürüncü isə toplam 245 kq (105+140) nəticə ilə Elmar Alıyevə qismət olub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Kişilər. 62 kq. A qrupu.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Abışov Allahyar 1995 Bakı Təhsil 62.00 120 142 262
2. Nəbiyev Rauf 1990 Bakı Spartak 61.90 113 137 250
3. Alıyev Elmar 1987 Bakı MOİK 61.30 105 140 245
4. Abdullayev Elvin 2001 Xırdalan Zirvə 61.30 102 126 228
5. Kazımov İlkin 1994 Gəncə Təhsil 62.00 100 122 222
6. Əhmədov Esmin 1996 Gəncə Təhsil 62.00 95 122 217
7. Qədirov Əhməd 1998 Neftçala Zirvə 61.90 90 120 210
8. Həsənli Orxan Xırdalan Zirvə 62.00 95 115 210
9. Əlizadə Əyanət 1996 Lənkəran Zirvə 61.90 0 0 0
10. Xəlilov Kənan 1999 Neftçala Zirvə 60.50 0 0 0
11. Novruzov Sərdar 1999 Qobustan Zirvə 62.00 90 0 0
12. Hüseynov Elməddin 2001 Şamaxı Zirvə 57.60 95 0 0

 

Kişilər. 62 kq. B qrupu.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Məmmədov İsmayıl 2000 Lerik Zirvə 58.00 96 116 212
2. Əbülfətzadə Elmar 1998 Lerik Zirvə 61.20 92 116 208
3. Qəzənfərov Mehman 1995 Gəncə Təhsil 62.00 90 110 200
4. Ziyadov Xəyal 2001 Sumqayıt Təhsil 60.30 85 110 195
5. Həsənli İsa 2002 Lənkəran UGİM 56.80 78 101 179
6. Əliyev Abuzər 1998 Xırdalan Zirvə 62.00 83 0 0

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz