55 kq-da Dəniz Cabbarlı qalib oldu

 

May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet qeydiyyatdan keçib.

İkinci yarış günündə körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar çıxıblar. Onlardan toplam 205 kq (91+114) nəticə göstərən Dəniz Cabbarlı qalib adını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı toplam 190 kq (85+105) nəticə ilə Kamran Xappayev, bürünc medalı isə toplam 174 kq (76+98) nəticə ilə Xəyyam Allahverdiyev qazanıblar.

Təbrik edirik!

 55 kq.

N Adı İl Şəhər /

Rayon

Təşkilatı Çəki Birdən Təkanla Toplam
1. Dəniz Cabbarlı 2006 Lənkəran UGİM / Gİİ 54.97 91 114 205
2. Kamran Xappayev 2009 Samux “Bəhrə” İK 55.00 85 105 190
3. Xəyyam Allahverdiyev 2007 Şamaxı “Cəngi” İK 54.99 76 98 174
4. Dəniz Bağırov 2008 Lənkəran UGİŞM / “Təhsil” RİM 54.48 75 93 168
5. Canpolad Rəfiyev 2008 Abşeron “Zirvə” İK 54.45 70 98 168
6. Lətif Əliyev 2010 Qazax UGİM-Göyəzən 52.65 71 80 151
7. Yusif Məmmədov 2008 Gəncə UGİM-1 / “Təhsil” RİM 54.80 61 76 137
8. İsmayıl Həsənzadə 2008 Lerik UGİŞM / “Təhsil” RİM 54.72 56 79 135
9. Amil İsgəndərov 2008 Yevlax UGİM / Gİİ 53.95 53 70 123
10. Mustafa Həsənov 2009 Yevlax UGİM / Gİİ 53.42 55 65 120
11. Elgün Rəcəbli 2009 Qobustan UGİM / Gİİ 51.91 48 60 108
12. Yunus Kuryayev 2009 Qobustan UGİM / Gİİ 52.50 44 56 100
13. Hazarxan Həsənov 2009 Cəlilabad UGİM / Gİİ 49.28 33 48 81
14. İlyas Məmmədov 2009 Cəlilabad “Ümüd” İK 54.13 30 40 70
15. Murad Əskərov 2008 Yardımlı “Qaya” İK 54.49 28 39 67
16. Heydər Qurbanov 2010 Yardımlı “Qaya” İK 54.96 27 35 62

 

 

Paylaş
Şərh yaz