Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib. Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış qadın atletlərin mübarizə ilə başlayıb.
İlk yarış günü qadınların mübarizəsində VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Nuray Əbilova 53 kq çəki dərəcəsində qalib adını qazanıb. O iki hərəkətin cəmində 138 kq (60 kq+ 78 kq) nəticə göstərib.
Türkanə Eminova 58 kq çəki dərəcəsində göstərdiyi 120 kq (57 kq + 63 kq) nəticə ilə birinci olub.
Milena Hüseynli 63 kq çəki dərəcəsində 98 kq (43kq + 55 kq) göstərici ilə qalib adını qazanıb.
Arzu Qədimova 86 kq çəki dərəcəsində 141 kq (63 kq + 78 kq) göstərici ilə qızıl medala layiq görülüb.
Ələmgül Yusifzadə +86 kq çəki dərəcəsində 120 kq (50 kq + 70 kq) göstərici ilə qələbəni bayram edib.







