Rüstəm Qasımov birdən qaldırmada dünya 3-cüsü oldu!

8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyinə start verilib. 50 ölkədən 200-yə yaxın atletin mübarizə aparacağı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov çıxıb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 121 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq bürünc medala layiq görülüb.

Rüstəm təkanla qaldırma hərəkətində 143 kq nəticə göstərərək bu hərəkətdə 7-ci yeri tutub.

Toplam 264 kq (121+143) nəticə göstərən Qasımov yekun sıralamada 5-ci pillədə qərarlaşıb.

Atletimizi birdən qaldırma hərəkətindəki medal münasibətilə təbrik edir, qarşıdakı yarışlarda uğurlar arzulayır, bu nailiyyətdə əməyi olan hər kəsə təşəkkür edirik!

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'pages_read_engagement' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.
Paylaş
Şərh yaz