Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvü Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində mübarizə aparıb. 86 kq çəki dərəcəsində yarışan Rahilə, toplamda 213 kq (93 kq+120 kq) nəticə ilə yarışı 8-ci pillədə başa vurub.







