Kamran Xappayev Avropa birinciliyində çıxış edib

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyi davam edir. Bugün atletlərimizdən Kamran Xappayev yeniyetmə yaşıdları ilə mübarizə aparıb. 65 kq çəki dərəcəsində yarışan təmsilçimiz toplamda 246 kq (112 + 134) nəticə ilə birinciliyi 7-ci pillədə başa vurub.

Paylaş
Şərh yaz