Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvü Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində mübarizə aparıb. 71 kq çəki dərəcəsində yarışan Fuad birdən qaldırma hərəkətində 128 kq çəkini ram etməyi bacarıb. Təkanla qaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran atletimiz toplamda 283 kq nəticə ilə yarışı 6-cı yerdə başa vurub.







