Əli Şükürlü və Dadaş Dadaşbəyli dünya çempionatında çıxış ediblər

Atletlərimiz Əli Şükürlü və Dadaş Dadaşbəyli Norveçin Förde şəhərində keçirilən dünya çempionatında çıxış ediblər. 110 kq çəki dərəcəsində yarışan təmsilçilərimizdən Dadaş Dadaşbəyli toplamda 385 kq (173 + 212) nəticə göstərib və 13-cü yerdə qərarlaşıb. Dadaşbəyli zədə səbəbindən 6 yanaşmadan yalnız 2-də körpücük üzərinə çıxıb.
Digər təmsilçimiz Əli Şükürlü isə B qrupunda mübarizə aparıb. Birdən qaldırma hərəkətində 182 kq göstərici ilə ən yaxşı nəticəyə imza atan Əli, təkanla qaldırma hərəkətində yanaşmaları uğursuz icra edib.

Paylaş
Şərh yaz