Dadaş Dadaşbəyli VI İslam Həmrəyliyi Oyunlarında 2 medal qazanıb

Atletimiz Dadaş Dadaşbəyli Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb. 110 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində göstərdiyi 180 kq nəticə ilə ikinci olub. Təkanla qaldırma hərəkətində 211 kq çəkini başı üzərinə qaldıran Dadaş, toplamda 391 kq göstərici ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Təbrik edirik !

Paylaş
Şərh yaz