Azərbaycan çempionatı davam edir

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında kişi atletlərin mübarizəsi davam edir.

Çəkisi 60 kq olan kişilərin yarışında Mirmöhsüm Tağızadə toplamda göstərdiyi 175 kq (76 kq + 99 kq) nəticə ilə birinciliyi bayram edib.

Musab Məmmədtağıyev 65 kq çəki dərəcəsində 256 kq (111 kq + 145 kq) nəticə ilə çempion olub.

Fuad Həsənov 71 kq çəki dərəcəsində 299 kq (141 kq + 158 kq) nəticə ilə fəxri kürsünün ilk pilləsinə qalxıb.

Paylaş
Şərh yaz