İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyi davam edir. Bugün yarışda daha 3 təmsilçimiz mübarizəyə qoşulub. 60 kq çəki dərəcəsində çıxış edən Feyzulla Rüstəmov U 15 yaş kateqoriyasında körpücük üzərinə çıxıb. İki hərəkətin cəmində 186 kq (82+104) nəticə göstərən Feyzulla qitə miqyaslı yarışı 5-ci pillədə başa vurub.
Digər idmançılarımızdan Kərəm Əliyevlə Hikmət Məhərrəmov 65 kq çəki dərəcəsində yarışıblar. Toplamda 207 kq (92+115) nəticə göstərmiş Hikmət yekunda 6-cı yerdə qərarlaşıb. Kərəm Əliyev isə iki hərəkətin cəmində 201 kq (94+107) çəkinin öhdəsindən gəlib. Atletimiz Avropa birinciliyini 8-ci pillədə başa vurub.








