AAAF kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarında uğur qazanan ağır atletika yığmamız may ayının 18-də ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Azərbaycan idmanına böyük qayğısı ilə yadda qalan və hazırda bu siyasəti layiqincə davam etdirilən mərhum prezidentin xatirəsinin bu cür anılması ənənə halını almaqdadır. Fəxri Xiyabana gələn medalçı idmançılar, “Zirvə Liseyi”nin şagirdləri, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər və məşqçi heyəti, həmçinin digər nümayəndələri ulu öndərin məzarı önünə gül qoyublar.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'pages_read_engagement' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.
Paylaş
Şərh yaz