Nuray Əbilova Avropa birinciliyində 2 medal qazandı

Atletimiz, İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Nuray Əbilova, Kosovonun Priştina şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb. Birdən qaldırma hərəkətində 70 kq çəkini ram edən Nuray, təkanla qaldırma hərəkətində 85 kq çəkinin öhdəsindən gələrək bürünc medal əldə edib. Əbilova toplamda da 155 kq nəticə ilə növbəti bürünc medalı boynundan asıb.
Təbrik edirik!

Paylaş
Şərh yaz