Rza Heydərov birinci oldu

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növü üzrə 52 kq çəki dərəcəsində qalib və mükafatçıların adlarına aydınlıq gəlib.

Bu çəkidə qızıl medala Lənkəran idmançısı Rza Heydərov layiq görülüb. Rza 163 kq (76 kq + 87 kq) nəticə ilə yarışı birinci pillədə başa vurub.

Naxçıvan idmançısı Ümid Hüseynov iki hərəkətin cəmində göstərdiyi 134 kq (61 kq + 73 kq) nəticə ilə gümüş medala yiyələnib.

52 kq çəki dərəcəsində bürünc medalı digər Lənkəran idmançısı Roman Hüseynzadə əldə edib. Roman toplamda 118 kq (50 kq + 68 kq) nəticəyə imza atıb.

Paylaş
Şərh yaz