Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növündə oğlanların mübarizəsi davam edir. İkinci yarış günü körpücük üzərinə ilk olaraq çəkisi 48 kq-a qədər olan yeniyetmələr çıxıblar.
Bu çəkidə qızıl medala Qazax idmançısı Ömər Abdalov layiq görülüb. Ömər 130 kq (57 kq + 73 kq) nəticə ilə yarışı birinci pillədə tamamlayıb.
Lənkəran təmsilçisi Mənsur Ağayev iki hərəkətin cəmində göstərdiyi 128 kq (57 kq + 71 kq) nəticə ilə gümüş medal qazanıb.
48 kq çəki dərəcəsində bürünc medalı Bakı idmançısı Elnur Əyyubov əldə edib. Əyyubov toplamda 121 kq (52 kq + 69 kq) nəticəyə imza atıb.
Qeyd edək ki, ağırlıqqaldırma yarışlarında atletlər bugün 4 çəki dərəcəsində mübarizə aparır







