Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növündə oğlanların mübarizəsi başlayıb. İlk yarış günü çəkisi 44 kq-a qədər olan yeniyetmələr bacarığını nümayiş etdirib.
Bu çəkidə qızıl medala Qazax idmançısı Elçin Muradov layiq görülüb. Elçin 110 kq (49 kq + 61 kq) nəticə ilə yarışı birinci pillədə tamamlayıb.
Lənkəran təmsilçisi Məmmədəli Məmmədov iki hərəkətin cəmində göstərdiyi 94 kq (41 kq + 53 kq) nəticə ilə gümüş medal qazanıb.
44 kq çəki dərəcəsində bürünc medalı Bakı idmançısı Abuzər Sultanov əldə edib. Sultanov toplamda 93 kq (43 kq + 50 kq) nəticəyə imza atıb.
Qeyd edək ki, ağırlıqqaldırma yarışlarında 100-dən artıq atlet 3 gün ərzində qalib və mükafatçıların adlarına aydınlıq gətirəcəklər.







