Nuray Əbilova VI İslam Həmrəyliyi Oyunlarında 3 medal qazandı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycana ilk medalları atletimiz qazandırdı. 15 yaşlı Nuray Əbilova birdən qaldırma hərəkətində 65 kq, təkanla qaldırma hərəkətində isə 79 kq nəticə göstərərək hər iki növdə bürünc mükafat qazanıb. Nuray toplamda da 144 kq göstərici ilə VI İslam Həmrəyliyi Oyunlarını üçüncü yerdə başa vurub.

Təbriklər Nuray!

Paylaş
Şərh yaz