Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvü Nurlan Rəsulov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində mübarizə aparıb. 88 kq çəki dərəcəsində yarışan Nurlan, təkanla qaldırma hərəkətində 181 kq nəticə ilə 4-cü olsa da, birdən qaldırma hərəkətində uğursuz çıxış edərək yarışı mükafatsız başa vurub.







