Qasım İsmayılov Avropa birinciliyində çıxış edib

Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvü Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində mübarizə aparıb. 71 kq çəki dərəcəsində yarışan Qasım birdən qaldırma hərəkətində 130 kq çəkini ram etməyi bacarıb. Təkanla qaldırma hərəkətində 160 kq ağırlığı başı üzərinə qaldıran atletimiz toplamda 290 kq nəticə ilə yarısı 7-ci yerdə başa vurub.

Paylaş
Şərh yaz